Doğru strategiya, yüksək nəticə! 
SAT imtahanları 2023-cü ildən etibarən digital formata keçir!

Artıq son illərdə College Board SAT imtahanının digital formata keçməsi ilə bağlı sorğular təşkil edirdi. Bu sorğuların təşkili “College Board”un bu istiqamətdə işlər aparacağının xəbərçisi idi. Nəhayət, bu günlərdə College Board yerli və beynəlxalq SAT imtahanlarını digital formata keçirəcəyi ilə bağlı rəsmi kananllarında elan yayımladı.

 
İlk digital SAT imtahanları beynəlxalq tələbələr üçün 2023-cü ilin yaz imtahanlarında başlayacaq. Amerikalı tələbələr üçün isə bu formatda imtahanların 2024-cü ilin yazından etibarən başlanması planlaşdırılır.
 
İmtahanlar, yenə də imtahan mərkəzlərində, amma kompüterlər və ya tabletlər üzərindən kəyata keçiriləcək.
 
Hazırkı SAT imtahanı ilə digital SAT imtahanı arasında əsas fərqlər aşağıdakılardı:
 
- Hazırkı SAT imtahanı kağız üzərində idisə, digital SAT imtahanı kompüter və ya tablet üzərindən təşkil olunacaq;
- Hazırkı SAT imtahanı 3 saat idisə, digital SAT imtahanı 2 saat davam edəcək;
- Hazırkı SAT imtahanının cavabları ən tez 2 həftəyə çıxırdısa, digital SAT imtahanının nəticələri 1 gün ərzində elan ediləcək;
- Hazırkı SAT imtahanında kalkulyatordan ancaq riyaziyyatın bir bölməsində istifadə edilməsinə icazə verilirdisə, digital SAT imtahanında riyaziyyatın bütün bölmələrində kalkulyatordan istifadə etməyə icazə veriləcək;
- Hazırkı SAT imtahanında suallar bir variantdan ibarət idisə, digital SAT imtahanı artıq bir neçə variantdan ibarət olacaq.
 
Yeni tətbiq olunacaq digital SAT imtahanı yenə də 1600 bal üzərindən qiymətləndiriləcək, eyni proqramları əhatə edəcək, imtahanlar test mərkəzlərində təşkil olunacaq.
 
Bu dəyişikliklərin SAT imtahan nəticələrinə kölgə salan və son zamanlar daha da kütləviləşən neqativ halların qarşısını almaq məqsədi ilə tətbiq edildiyi istisna deyil və bu neqativ halların aradan qaldırılması üçün tədbirlərin görüləcəyi gözlənilən idi. Ətraflı məlumat və mənbə üçün “College Board”un səhifəsinə baxa bilərsiniz.