Doğru strategiya, yüksək nəticə! 

The Princeton Review (TPR)

1981-ci ildən Amerika Birləşmiş Ştatlarında fəaliyyətə başlamış və hazırda dünyanın bir çox ölkəsində təmsilçi mərkəzləri ilə fəaliyyət göstərən The Princeton Review tələbələrin xəyal etdikləri kollec və universitetlərə qəbul olmaq arzularını həyata keçməsinə dəstək verir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən təmsilçiliklər vasitəsi ilə The Princeton Review tədris proqramları, nəşrləri və sertifikatlaşdırılmış yüksək kvalivikasiyalı müəllimləri ilə tələbələrə xidmət etməkdədir.

The Princeton Review SAT ®, ACT ®, MCAT ®, LSAT ®, TOEFL®, GRE ®, GMAT ® və  AP ® imtahanlarına hazırlaşan tələbələr üçün test hazırlığının ən effektiv tədris nəşrləri kolleksiyasına sahibdir.

150-dən çox test hazırlığı və qəbullar üçün məsləhət kitablarının 35 milyondan çox nüsxədə satışı həyata keçirilmişdir. O cümlədən, Cracking the SAT® və Best Colleges kitabları The New York Times-ın sorğusunda Best Seller olaraq bazar lideridir.

 

Niyə The Princeton Review Azerbaijan?

The Princeton Review-nun Azərbaycanda rəsmi təmsilçisi Edupol Study Abroad-dur. Edupol artıq 2012-ci ildən bəridir ki, əsasən Türkiyə universitetlərinə qəbul üçün hazırlıq kursları və universitet qəbulları həyata keçirməkdədir. Bu kurslardan biri də SAT hazırlığıdır. Edupol artıq TPR ilə əməkdaşılıq çərçivəsində ABŞ proqramlarına uyğun olaraq SAT, TOEFL kursları təşkil etməkdədir. TPR Azerbaijan eyni zamanda IELTS və ümumi ingiis dili kursları da təşkil etməkdədir ki, kursları tədris edən müəllimlər ixtisaslı, TPR tərəfindən sertifikatlaşdırılmış, eyni zamanda beynəlxalq ingilis dili müəllimi sertifikatı (TESOL) olmaqla müxtəlif proqramlar üzrə də beynəlxalq sertifikatlara (ayrı-ayrılıqda SAT, TOEFL, IELTS proqramlarının tədrisi) sahibdirlər. The Princeton Review-nun online olaraq canlı və offline dərsləri mövcuddur ki, arzu edən tələbələr bu dərslər vasitəsi ilə amerikalı müəllimlərdən online dərslər ala bilərlər.

TPR Azerbaijan qeyd edilən kursların tədrisi ilə yanaşı, bu proqramların nəticələri ilə ABŞ, Kanada, Avstraliya, Yeni Zenlandiya, Koreya, Avropa ölkələri və Türkiyə universitetlərinə qəbullarla bağlı təcrübəli mütəxəssisləri ilə məsləhət və universitet müraciətləri həyata keçirməkdədir.

The Princeton Review şirkətinin Princeton Universiteti ilə bağlılığı yoxdur.