Doğru strategiya, yüksək nəticə! 

  Çexiyada Təhsil.

Çexiya şengen zonasına daxil olan mərkəzi Avropa ölkəsidir. Çexiya ali təhsil ocaqları 1348-ci ilə dayanan təhsil ənənəsinə sahibdir. Paytaxt Praqa şəhərində Avropanın ən qədim və nüfuzlu universitetləri yerləşməkdədir. Və bu universitetlər avropalı tələbələrlə bərabər əcnəbi tələbələrə də yüksək praktiki təhsil imkanları tanımaqdadır. Mərkəzi Avropada yerləşən Çexiyaya hər il minlərlə əcnəbi tələbələr gəlməkdədir. Çexiya univeristetləri dünyanın ən reytinqli univeristetləri sırasında yer almaqdadırlar.

Çexiyada aylıq yaşam xərcləri 400-500 avro civarında təşkil etməkdədir. Təhsil haqlarına gəlincə isə ingilis dilində təhsil verən proqramlarda əsasən 3000-12000 avro arasında dəyişməkdədir. Çexiyada əsasəm tibb təhsili 10-12 min avrodur.

Siz Çexiyada beynəlxalq mühiti nəinki turistlərin və əcnəbi tələbələrin daha çox axın etdiyi paytaxt Praqa şəhərində, eyni zamanda ölkənin Brno, Plzen, Hradec Kralove və Olomouc şəhərlərində də görə bilərsiniz.

Çexiyada ingilis dilində tədris olunan proqramlar əsasən tibb, biznes və menecment, maliyyə və iqtisadiyyat,  IT və kompyuter elmləri, mühəndislik, sosial elmlər və humanitar, marketinq və media, MBA, incəsənət və film sahələri daxildir.

Qeyd edilənlərdən başqa tələbələr Dil Hazırlıq proqramlarına da müraciət edə bilərlər.

Müxtəlif Avropa və dünya univeristetləri ilə əməkdaşlıq edən Çexiya universitetləri vasitəsi ilə tələbələr mübadilə proqrmaları vasitəsi ilə digər ölkələrin univeristetlətində də təhsil imkanları əldə edə bilirlər.

Digər Avropa ölkələrində olduğu kimi Çexiya da əcnəbi tələbələrə həftədə 20 saat rəsmi işləmək icazəsi verməkdədir. Bu da maddi gəlirləri məhdud olan tələbələr üçün həm işləmək, həm də oxumaq imkanları yaratmaqdadır.

Çexiyada eyni zamanda ÖDƏNİŞSİZ TƏHSİL imkanı da mövcuddur. Bunun üçün siz gərək çex dilində təhsil alasınız. Karyerasını Çexiyada davam etdirmək istəyənlər üçün əslində bu çox yaxşı bir imkandır, çünki iş imkanları üçün hər bir halda çex dilini öyrənmək labüddür.