TOEFL imtahanı hər hansı bir şəxsin İngilis dilini akademik səviyyədə necə qavradığını yoxlamaq üçün əcnəbilərə tətbiq olunan bir testdir. İngilis dilli ölkələrdə və İngilis dilində təhsil verən kollec və universitetlərdə təhsil almaq üçün TOEFL imtahanlarından təhsil müəssisələrinin tələb etdiyi balı toplamaq lazımdır. Əsasən ABŞ, Kanada və Türkiyə təhsil ocaqları TOEFL tələb etməkdədir. TOEFL imtahanı da IELTS kimi 4 bölmədən (oxuma, yazma, danışma və dinləmə) ibarətdir. İmtahan müddəti 4 saatdır. Bu dört saat müddətində bölmələrə uyğun olaraq 4 fərqli sınaqdan keçirilirsiniz.
TOEFL-da IELTS-dən fərqli olaraq qiymətləndirmə 0-120 bal arasıdır (hər mərhələdə 0 – 30). Tələb olunan TOEFL balı universitetə, hətta ixtisasa görə dəyişə bilər. ABŞ-ın hər hansı bir universitetində oxumaq üçün sizin minimum TOEFL balınız 80 olmalıdır. Bəzi universitetlər hər sınaqdan (oxuma, dinləmə, danışma, yazma) minimum 20 bal olmasını tələb edir. Türkiyədə isə ingilis dilində təhsil almaq istənilsə, minimum 75 bal toplanması nəzərdə tutulmalıdır.