Doğru strategiya, yüksək nəticə! 

YDS haqqında


YDS (Yabancı dil Sınavı) test əsasında keçirilən bir imtahan olunub ÖSYM (Ölçme, Seçme ve Yerleştirme Merkezi) tərəfindən təşkil olunur. YDS ingilis, fransız, ərəb, alman kimi dillər üzrə aparılır. Bu dillər arasında ən çox önəm verilən isə ingiliscə YDS imtahanıdır. Bu imtahan hər il yaz və payız aylarında olmaqla 2 dəfə Türkiyədə keçirilir. Sinif şəraitində kağız və qələm formatında aparılan YDS-dən başqa, kompüter vasitəsilə aparılan elektron YDS (e-YDS) imtahanı da mövcuddur. Ancaq universitetlər xarici vətəndaşlığı olan tələbələrin elektron YDS (e-YDS) nəticələrini keçərli hesab etmir. Bu səbəbdən xarici tələbələr imtahan mərkəzlərində təşkil olunan YDS imtahanında iştirak etməlidirlər.


Bu imtahanda əsasən magistr və doktorontura pillələrinə müraciət etmək istəyən şəxslər və universitet tələbələri iştirak edir. YDS xarici dil bilgisini qrammatika, oxuma, anlama və söz bazası baxımından ölçən çoxseçimli test imtahanıdır. YDS imtahanı ildə 2 dəfə təşkil edilir. Birinci imtahan "YDS yaz imtahanı" (YDS 1), ikinci imtahan isə "YDS payız imtahanı"(YDS 2) adlanır. İmtahan 100 tam bal üzərindən qiymətləndirilir. 50 baldan yuxarı məqbul hesab edilsə belə, bir çox universitetlər minimum 55 baldan yuxarı nəticəni qəbul edir.