Doğru strategiya, yüksək nəticə! 
  1. SAT nədir və haradan gəlir? 
SAT, əksər kollec və universitetlərə qəbul olmaq üçün istifadə olunan bir imtahandır. Educational Test Service (ETS) tərəfindən həyəta keçirilən test, qələm və kağızdan ibarət bir imtahandır. ETS test yaratmaq üçün College Board adlanan qurum tərəfindən ödənilir. Hər iki qrup özəl şirkətlərdir. 

  

  1. 2016-cı ildə SAT niyə dəyişdi? 
College Board bir sıra kolleclərə qəbul olmaq üçün ən vacib biliklərin və bacarıqların sınanmasına daha yaxşı diqqət yetirmək üçün SAT üzərində yenidən işləmişdir.  


 

  1. SAT hansı hissələri əhatə edir? 
SAT imtahanı SAT 1 və SAT 2 olmaq üzrə iki növə ayrılır. Quruluş etibarilə SAT 1 iki hissədən ibarətdir: - Riyaziyyat (Math) - Yazı və Oxu (Reading & Writing) SAT 1 ayrıca Esse bölümünü də əhatə edir. SAT Esse ballarının ümumi test ballarından ayrı olduğu bildirilir. Bəzi kolleclər SAT Esse yazmağı tələb edə bilər. Hər bir kollecin qəbul şərtlərini həmin kollecin veb saytında müəyyənləşdirə bilərsiz. SAT 2 isə ayrı-ayrılıqda riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, ədəbiyyat və bir neçə dil imtahanlarından ibarətdir.


 

  1. SAT imtahanını nə vaxt verə bilərəm?
İmtahan College Board tərəfindən il ərzində 7 dəfə keçirilir. Ödənişli imtahandır. Hər ilin avqust, oktyabr, noyabr, dekabr, mart, may və iyun aylarında ümummilli olaraq həyata keçirilir.  


 

  1. İmtahan müddəti nə qədərdir?
İmtahan müddəti 3 saatdır. Əgər siz SAT Esse imtahanını da seçsəniz, o zaman imtahan 3 saat 50 dəqiqə olacaqdır. İmtahan müddəti ilə ətraflı məlumatı SAT İmtahanı linkindən əldə edə bilərsiniz.  


 

  1. SAT balı necə qiymətləndirilir?
SAT 1 imtahanında bal aralığı 400-1600 çərçivəsində qiymətləndirilir və hər iki hissə 800 balla ölçülür. SAT balının hesablanması ilə bağlı SAT balının hesablanması linkinə keçid edə bilərsiniz.


  1. SAT balı nə qədər vacibdir? 
SAT ballarında yerləşdirilən çəki məktəbdən məktəbə dəyişir. Kollec və universitetlərə qəbul imtahanı verərkən orta məktəb qiymətləri, orta akademik göstəricilər, tövsiyə məktubları, müsahibələr və fərdi yazılar nəzərə alınır. Ballarınızın ağırlığı barədə daha dəqiq məlumat üçün müraciət edəcəyiniz məktəblərin qəbul şöbələri ilə əlaqə saxlaya və ya The Princeton Review Azerbaijan-la konsultasiya edə bilərsiniz.  


 

  1. Səhv cavablar umumi SAT balını aşağı salırmı? 
Xeyr, tələbələr sadəcə düzgün cavab verdikləri suallara bal qazanırlar.  


 

  1. SAT imtahanı nəticəsi nə zaman bəlli olur? 
Cavablar ümumiyyətlə imtahandan 4-6 həftə sonra mail vasitəsilə göndərilir. Siz həmçinin imtahandan iki həftə sonra www.collegeboard.org saytı vasitəsilə onlayn olaraq öz nəticənizə baxa bilərsiniz.  


 

  1. SAT imtahanını neçe dəfə verə bilərəm?
SAT imtahanı istənilən sayda qəbul edilə bilər.


 

  1. SAT imtahanına nə zaman girə bilərəm? 
Hazır hiss etdiyiniz və kifayət qədər sınaq testləri aldığınız zaman SAT almalısınız. Tələbələr adətən orta məktəbin 10 cu sinifində və ya 11 ci sinifdə SAT imtahanını verirlər.  


 

  1. Həqiqətən test hazırlığına ehtiyacım varmı? 
ƏLBƏTTƏ! Xüsusilə ABŞ-da təhsil almamış və ya ABŞ təhsilli tələbələri kimi standart testlərdə təcrübəniz yoxdursa. Yaxşı xəbər budur ki, Princeton Review Azerbaijan beynəlxalq tələbələrin bu imtahanlara hazırlaşmalarına kömək etməkdə xüsusi istedadlıdır!  


 

  1. Test hazırlığı üçün nə qədər vaxt lazımdır?
Əvvəla, hansı standart testə və nə zaman müraciət edəcəyinizi müəyyənləşdirin. Sonra isə imtahan tarixindən əvvəl minimum üç ay hazırlıq vaxtından istifadə edin. İmtahan qalmış Son dəqiqəni gözləməyin!  


 

  1. SAT-ə niyə The Princeton Review Azerbaijan-da hazırlaşmalıyam?
Əgər siz SAT imtahanından 1400 və daha yüksək nəticə əldə etmək istəyirsinizsə Ən doğru adres The Princeton Review Azerbaijan-dır. Kursumuz tələbələr üçün yüksək səviyyəli test hazırlığı və SAT-ın ən vacib hissələrini prioritetləşdirmək və sizə ən səmərəli şəkildə öyrətmək üsulu ilə tanınır. Beləliklə, siz bizim SAT kurslarına qatılmaqla lazımsız faktları öyrənməklə vaxt itirmirsiniz. The Princeton Review SAT hazırlıq kursları ilə kursda qeydiyyatdan keçdiyiniz anda tələb olunan bütün videolar, sınaq testləri və mənbələrə giriş əldə edirsiniz.  


 

  1. Mən valideynəm, uşağımın inkişafını necə izləyə bilərəm?
Müəllimlərimizə təqdim etdiyimiz onlayn portaldan istifadə edərək uşağınızın dərs boyu inkişafını detallı şəkildə izliyə bilərsiniz.