Doğru strategiya, yüksək nəticə! 

TOEFL haqqında ən çox verilən suallar.


 

  • TOEFL nədir?
TOEFL (Test of English as a Foreign Language) dünyanın İngilis dilli universitetləri və proqramları tərəfindən qəbul üçün tələb olunan bir İngilis dili qiymətləndirmə testidir. TOEFL nəticəsi 150-dən çox ölkənin 11000-dən çox universiteti və digər qurumları tərəfindən qəbul edilir.


 

  • TOEFL iBT (komputer vasitəsilə) test və revised TOEFL® Paper-delivered Test (kağız üzərində) arasındakı fərq nədir?
TOEFL iBT testi internet vasitəsilə həyata keçirilir və ildə 50 dəfədən çox baş tutur. Revised TOEFL Paper-delivered test isə  internet xidmətinin mümkün olmadığı yerlərdə təşkil olunur. Hər iki test formatında sual tipləri eynidir. Səsli cavabların alınmasının texnoloji tələblərinə görə kağız üzərində keçirilən testdə danışıq bölməsi yoxdur və imtahan müddəti 2 saat 25 dəqiqədir. Revised TOEFL Paper-delivered imtahanlarin təşkili tədricən azaldılır.


 

  • TOEFL testi hansı bacarıqları sınayır?
TOEFL iBT testində dörd bölmə var: oxu, dinləmə, danışıq və yazı. TOEFL ingilis dili üzrə bu bacarıqların hər birini ölçür və qiymətləndirmə TOEFL testini hazırlayan müəssisə  (ETS) tərəfindən təyin edilmiş meyarlara əsaslanır.  



 İmtahan necə qiymətləndirilir?
Hər bir bölmə ayr-ayrılıqda 30 bal təşkil edir. Ümumilikdə maksimum bal 120 baldır.  



  • İmtahanın ödəniş haqqı nə qədərdir?
Ödəniş haqqı, imtahanın keçiriləcəyi məkandan aslı olaraq 160-250 ABŞ dollar arasında dəyişir.



  • İmtahan hansı sıxlıqda keçirilir?
TOEFL iBT imtahanı əvvəlcədən təyin edilmiş tarixlərdə, ildə 50 dəfədən çox, dünyanın minlərlə, İnternetlə təmin edilmiş test mərkəzlərində keçirilir.  



  • İmtahana necə qeydiyyatdan keçə bilərəm?
Onlayn qeydiyyatı ən sürətli və asan üsuldur. İmtahan vermək istədiyiniz ərazini seçib, burada mövcud olan test mərkəzlərinə və imtahan tarixlərinə baxa bilərsiniz. Qeydiyyat test tarixindən beş-altı ay əvvəl mövcuddur; Ancaq yerinizi bron etmək üçün 3-4 ay öncədən qeydiyyatdan keçməyiniz mələhətdir.  



  • TOEFL nəticəsinin yararlılıq müddəti nə qədərdir?
TOEFL nəticəsinin yararlılıq müddəti 2 ildir.  


 

  • İmtahana özümlə nə gətirməliyəm?
  Test günündə özünüzlə yalnız iki şey gətirməyiniz tələb olunur: 1) üzərində adınız, foto şəkliniz və imzanızın olduğu etibarlı şəxsiyyətizi təsdiq edən sənəd və 2) qeydiyyat nömrənizin olduğu təsdiqlənmiş qeydiyyat biletiniz . İmtahan otağında heç bir mobil cihaz və ya digər şəxsi əşyalara icazə verilmir.  


 

  • İmtahan tarixini dəyişə bilərəm?
  İmtahan tarixi dəyişikliklərinə icazə verilmir. Qismən geri ödəmə tələb edə bilərsiniz. Nağd şəkildə geri ödəmə mövcud deyildir. Başqa bir tarixdə imtahan vermək istəyirsinizsə, yenidən qeydiyyatdan keçməli və ödəniş etməlisiniz.  


 

  • İmtahan nəticəmi nə zaman əldə edə bilərəm?
İmtahan nəticənizi təqribən 6 gün ərzində onlayn şəkildə əld edə bilərsiniz.  


  • İmtahanda yenidən iştirak edə bilərəm?
İmtahanda istədiyiniz qədər iştirak edə bilərsiniz. Lakin, imtahanda yenidən iştirak edə bilmək üçün imtahan verdiyiniz gündən 3 gün keçməlidir.  


 

  • İmtahan nəticəmi necə ləğv edə bilərəm?
TOEFL balını imtahanı bitirdikdən dərhal sonra ləğv etmək mümkündür.