Doğru strategiya, yüksək nəticə! 

International Englsih Langauge Testing System


IELTS ingilis dili bacarığını yoxlamaq üçün beynəlxalq ingilis dili biliyini ölçməimtahan sistemidir. İngilis dilli ölkələrdə təhsil almaq, işləmək və ya miqrasiya etməküçün əvvəlcə İngilis dili səviyyəsini yoxlamaq məqsədilə imtahan verməlisiz. Bu imtahan başlanğıc səviyyədən sonuncu səviyyəyə qədər olan bütün səviyyələri əhatə edən sınaq sistemidir. IELTS sınaqları dünyada 120-dən çox ölkədə  keçirilir.


IELTS imthanı 4 mərhələdən ibarətdir: yazma, oxuma, danışma və dinləmə. İmtahanda qiymətləndirmə sizin İngilis dili bacarığınıza uyğun olaraq 1-9 bal arasında  aparılır.


IELTS sınaqları iki cür olur: akademik və ümumi. Bunlarda danışma və dinləmə eyni, oxuma və yazma fərqli olur. Akademik əsasən təhsil məqsədli, ümumi isə  təlim, iş təcrübəsi, miqrasiya və s. məqsədlər üçün tələb olunur. Siz müraciət edəcəyiniz qurum və ya müəssisədən onların hansı testi (akademik və ya ümumi) tələb etdiyini öyrənməlisiniz. ABŞ, Kanada, Böyük Britaniya, Yeni Zellandiya, Avstraliya, Avropa və bir sıra ölkələrdə universitetlər IELTS balı tələb edirlər. Avropanin bir çox ölkələri IELTS səviyyəsini  6.5 bal və daha yuxarı səviyyələri tələb etməkdədir. Buna Almanya, İngiltərə, Norveç, İsveç, Finlandiya, Fransa, Hollandiya, Belçika kimi ölkələr daxildir. Bəzi ölkələrdə isə 5.5 kifayət etməktədir. Yeni Zellandiya, Böyük Britaniya, Kanada kimi ölkələrdə oxumaq üçün IELTS balı ən azı 6.5 olmalıdır, bu viza üçün də tövsiyə olunandır.


IELTS imtahanın nəticəsi 2 il müddətində qüvvədə olur.