Birləşmiş Krallıqda təhsil.
Birləşmiş Krallıq dünyada tələbələrin təhsil almaları üçün ən uğurlu seçimlərdəndir. Ölkənin hər bir bölgəsində yüzilliklər boyu keyfiyyətli təhsil təcrübəsinə malik universitetlər fəaliyyət göstərməkdədir. Tarix boyu əcnəbi tələbələrin təhsil aldığı bu qədim universitetlər, digər yeni unviersitetlərlə paralel olaraq dünyanın ingilis dilində ən yüksək təhsil imkanlarına sahib universitetlər sırasındadır.
3000-dən çox ali təhsil müəssisəsinə sahib olan Birləşmiş Krallığın bütün universitetləri müstəqil struktur və idarəetməyə sahibdir. Burda əldə edilmiş akademik və professional dərəcələr sizə dünyanın müxtəlif ölkələrinin bir çox şirkətlərində uğurlu karyera qurmaq imkanı verəcəkdir.
Humanitar və sosial elmlər üzrə təhsil haqları £10,000–£17,000 ətrafında, elm və mühəndislik sahələri üzrə £10,000–£20,000, tibb istiqamətləri üzrə isə £20,000–£30,000 arasındadır. Təhsil haqlarının yüksək olmasına baxmayaraq BK-ın təqdim etdiyi proqramlar qısa qısa müddətdə yekunlaşır. Misal üçün ABŞ-da bakalavr təhsili 4 ildirdisə BK universitetlərində isə 3 ildir. Eyni zamanda, əksər BK univeristetlərində magistr təhsili 1 il davam etməkdədir.
Təhsil haqları yüksək olsa da, Birləşmiş Krallıq əcnəbi tələbələr üçün ən prespektivli təhsil ölkələrindəndir. Həftədə 20 saat rəsmi iş icazəsi əcnəbi tələbələr üçün təhsillərini maliyyələşdirməyə imkan verir. Böyük Britaniyada hər il Chevening dövlət təqaüd proqramı və eyni zamanda bir çox universitetlərin bakalavr, magistr, doktorantura proqramları üzrə tam və qismən təqaüd proqramları elan edilir. Bundan başqa tədqiqatçılar üçün də kifayət qədər qrant proqramlar mövcuddur.