
SAT (Scholastic Assessment Test) nədir?
SAT ABŞ vəndaşlarının Amerika universitetlərinin bakalavr pilləsinə qəbulu üçün yaradılmış bir imthahndır. Daha sonra digər ölkə vətəndaşları da Amerika universitetlərinə qəbul almaq üçün bu imtahandan istifadə etməyə başlamışlar. Hal-hazırda SAT imtahan nəticəsi ilə nəinki Amerika universitetlərinə, hətta Kanada, Avstraliya, Yeni Zenlandiya, Avropa ölkələri və Türkiyənin də ən prestijli universitetlərinə qəbul alınması mümkündür. Hazırda ölkəmizdə ADA Universiteti də SAT nəticəsi ilə bakalavr tələbələrinin qəbulunu həyata keçirməkdədir. SAT imtahanları müxtəlif ölkələrdə olduğu kimi Azərbaycanda da keçirilməkdədir. İmtahanlar Azərbaycanda mart, may, iyun, oktyabr, noyabr və dekabr aylarında keçirilir.
SAT Reasoning Test (SAT I) və SAT Subject Test (SAT II) olmaqla iki hissəyə ayrılır.
SAT I, 3 saatlıq test imtahanıdır (Essey bölməsi ilə bərabər 3 saat 50 dəqiqə). İmtahan "Math" (Riyaziyyat və Həndəsə), “Critical Reading” (İngiliscə oxuma) və “Writing” (Yazı qabiliyyəti) olmaqla 2 hissədən ibarətdir. Hər bir hissə isə 800 olmaqla 1600 bal üzərindən qiymətləndirilməkdədir.
SAT Subject Test (SAT 2) isə bir saatlıq test imtahanıdır. Bu bölmədə isə suallar daha çox seçmə fənlərdən ibarət olur. İmtahanın əsas məqsədi tələbənin hər hansı bir mövzuda akademik biliyinin yoxlanması məqsədi daşıyır. Yenə SAT I-də olduğu kimi SAT II imtahanında da suallar 800 bal üzərindən qiymətləndirilir. SAT II-də fənlər riyaziyyat, biologiya, kimya, fizika, tarix, ingilis dili və s. fənlərindən ibarət olmaqla ixtisasa uyğun sahələri əhatə edir. Adətən top universitetlər SAT Subject tələb edir. Bundan başqa tibb ixtisasları mütləq şəkildə SAT Subject kimya və biologiya olmaqla, hər ikisini və ya birinin nəticəsi tələb edilir (Amerikada tibb təhsilinə müraciət zamanı isə MCAT imtahan nətisəsi tələb edilməkdədir). Bundan başqa SAT Subject Math 2 hissəyə bölünür, SAT Subject Math Level 1 və SAT Subject Math Level 2. Bir çox universitetlər adətən Math Level 2 nəticəsini tələb etməkdədir.
Universitetlərə qəbul zamanı əsasən SAT 1 tələb olunur. SAT 2 imtahanına isə qəbul almaq istədiyiniz universitet tərəfindən tələb olunduğu halda ehtiyac duyulur. Ancaq bunları dəqiq bilmək və hazırlıq üçün düzgün proqram qurulmalıdır. Bunun üçün də tövsiyə olunan budur ki, qəbul almaq istədiyiniz universitetlərin web sıhifələrindən bunu araşdıra və ya etibar etdiyiniz konsultasiya şirkətləri vasitəsi ilə bu haqda ətraflı məlumat alasınız.
SAT imtahanına hazırlaşmaq istəyən tələbələrin ingilis dili səviyyəsi ən azı Intermediate səviyyəsində olmalıdır.