Türkiyədə təqaüdlə təhsil proqramı 2022-ci il üçün elan olundu.
Türkiyə Bursları (TB) Türkiyə Respublikası tərəfindən ali təhsilin müxtəlif pillələrini maliyyələşdirən “hər şey daxil “ təqaüd proqramıdır. Proqrama müraciət 10.01.2022-20.02.2022 tarixləri arasındadır.
Türkiyə Bursları dünyanın ən sərfəli təqaüd proqramlarından biri olub, aşağıdakı xərcləri qarşılayır:
- Universitetin ödənişi
- Yataqxana ilə təmin edilir
- Yemək (yataqxanalarda səhər və axşam yeməkləri verilir)
- Gediş-dönüş biletləri (bu xərc yalnız Türkiyədə təhsilə başlamaq üçün gedəndə və təhsili bitirdikdən sonra geri dönüş üçün qarşılanır)
- Tibbi sığorta
- Aylıq cib xərcliyi (bakalavr üçün 850TL, magistratura 1100TL, dokorantura 1350TL)
Təqaüd proqramına müraciət üçün tələb olunan sənədlər:
- Xarici pasport
- 3*4 şəkil
- Əgər varsa sertifikatlar və diplomlar
- Əgər varsa TOEFL, IELTS, SAT, DİM və. s imtahan nəticələri (imtahan nəticələri və sertifikatların olmaması problem deyil)
- CV
- Xasiyyətnamələr (tövsiyyə məktubu və ya referans məktubu da deyilir)
- Motivasiya məktubu
- Bakalavr müraciət edənlər üçün məktəb transkripti (9, 10, 11-ci sinif qiymətlər cədvəli) 11-ci sinfin birinci yarımil qiymətlərinin yazılması yetərlidir. Bütün 9, 10, 11 qiymətlərin həm illik, həm də yekun ortalaması hesablanıb yazılmalıdır.
- Bakalavr müraciət edənlər üçün attestat (9 illik və ya 11 illik)
- Magistraturaya müraciət edənlər üçün bakalavr diplomu və diplom əlavəsi
- Diktorantiraya müraciət edənlər üçün bakalavr və magistratura diplomu və diplom əlavəsi
Universitet seçimi hissəsində təhsil almaq istədiyiniz 12 universiteti sıralamaq mümkündür. Birinci mərhələdən seçilən keçən tələbələr, bir neçə ay sonra müsahibəyə dəvət olunurlar. Müsahibə ilə bağlı bildiriş təxminən aprel və ya may aylarında tələbənin mail ünvanına gəlir. Müsahibə adətən Bakıdakı Yunus Emre Enstitüsündə təşkil olur.
Türkiyə Bursları haqqında ətraflı məlumatı proqramın səhifəsindən
www.turkiyeburslari.gov.tr əldə edə bilərsiniz.
The Princeton Review Azerbaijan-nın Türkiyə Burslarına müraciətində sizə köməklik göstərməyini istəyirsinizsə ünvanımıza yaxınlaşa və ya 077 312 99 39 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.