College Board-un təşkil etdiyi SAT test imtahanı SAT Reasoning Test (SAT I) və SAT Subject (SAT II) imtahanlarından ibarətdir. Bu imtahanlar ayrı-ayrılıqda keçirilməklə bərabər təyinatları da fərqlidir.
SAT Reasoning Test (SAT I) daxil olan fənlər:
SAT Reasoning Test (SAT I) imtahanı riyaziyyat (math), məntiqi təfəkkür (verbal) və inşa (essay) bölməsindən ibrətdir. Bu bölümlərdən riyaziyyat və məntiqi təfəkkür də 2 hissədən ibarətdir: riyaziyyat kalkulyatorsuz və kalkulyator icazəli; məntiqi təfəkkür (verbal) isə oxu (reading) və yazı (writing). İnşa qismi adətən ABŞ universitetləri tərəfindən tələb edilməkdədir. Misal üçün, Türkiyənin 30-a yaxın universiteti SAT nəticəsi ilə tələbə qəbul edir ki, bu universitetlərin heç biri imtahan nəticəsində inşa bölümünü tələb etmir.
Qiymətləndirmə:
Math və Verbal bölümləri ayrı-ayrılıqda 200-800 bal olmaqla ümumi bal 400-1600 bal üzərindən qiymətləndirilməkdədir. İmtahan balının hesblanması üçün SAT Balının Hesablanması səhifəsinə keçid edə bilərsiniz.
SAT Reasoning Test imtahanın müddəti:
SAT imtahanın müddəti 3 saatdır (essey qismi ilə birlikdə isə 3 saat 50 dəqiqə).

İmtahan tarixləri və yeri:
SAT imtahanları Azərbaycanda da keçirilməkdədir. İmtahanlar Azərbaycanda mart, may, iyun, oktyabr, noyabr və dekabr aylarında, 6-7 fərqli imtahan mərkəzlərində keçirilir. Bundan başqa tələbələr digər ölkələrdəki keçirilən SAT imtahanlarında da iştiak ed bilərlər. Azərbaycanda keçiriləcək imtahan tarixləri üçün SAT İmtahan Tarixləri səhifəsinə keçid edə bilərsiniz.
SAT Reasoning Test ödənişi:
ABŞ-dan kənar imtahan mərkəzlərində SAT Reasoning Test imtahanının ödənişi 94.50 $-dır (essay götürüldüyü halda əlavə olaraq 64.50 $).
SAT Subject-də (SAT II) daxil olan fənlər:
SAT Subject-də (SAT II) isə fənlər riyaziyyat, biologiya, kimya, fizika, tarix, ingilis dili və s. fənlərindən ibarət olmaqla ixtisasa uyğun sahələri əhatə edir. SAT Subject Math 2 hissəyə bölünür, SAT Subject Math Level 1 və SAT Subject Math Level 2. Bir çox universitetlər adətən Math Level 2 nəticəsini tələb edir. SAT Subject imtahan nəticələrini adətən top universitetlər tələb etməkdədir. Bundan başqa tibb ixtisasları mütləq şəkildə SAT Subject kimya və biologiya olmaqla, hər ikisini və ya birinin nəticəsi tələb edə bilər.
SAT Subject imtahanın müddəti:
SAT Subject imtahanının müddəti isə hər fənn üçün 1 saatdır. Tələbə eyni imtahan günü 3 SAT Subject imtahanı götürə bilər. Hər fənn 200-800 bal üzərindən qiymətləndilməkdədir. SAT Subject fənləri aşağıdakılardır:
SAT Subject imtahan ödənişi:
ABŞ-dan kənar imtahan mərkəzlərində SAT Subject imtahanının ödənişi 56 $-dır. Bir gündə verilən digər fənlər üçün isə əlavə 22 $ ödənilir.
- İngilis ədəbiyyatı,
- Tarix (ABŞ və ya dünya),
- Dil (Çin, Fransız, İvrit, Alman, İtalyan, Yapon, Koreya, Latın, İspan),
- Riyaziyyat (səviyyə 1 və ya səviyyə 2),
- Təbiət elmləri (biologiya-ekoloji, biologiya-molekulyar, kimya, fizika)
SAT imthanı qeydiyyatı:
SAT imthanına qeydiyyatdan keçmək üçün College Board-un internet səhifəsindən qeydiyyatdan keçə bilərsiniz. Eyni zamanda The Princeton Review Azerbaijan SAT imtahnının qeydiyyat prosesində sizə kömək edə bilər. Bunun üçün ünvanımıza yaxınlaşmağınızı xahiş edirik.