Kanadada Təhsi.
Baxmayaraq ki, cənub qonşu və Birləşmiş Krallıq təhsil ilə bağlı əcnəbilərin daha çox nəzərindədir, amma yenə də ölkə xaricində təhsillərini planlayan tələbələr üçün Kanda populyar ölkə olaraq qalmaqdadır. Heç şübhəsiz buna müsbət səbəblər vardır. Kanada son 20 ildə yaşamaq üçün dünyanın 10 ən yaxşı ölkəsi sırasındadır. Eyni zamanda Kanada təhsil sistemi ən yaxşı təhsil sistemləri sırasındadır.
Qeyd etmək yerinə düşər ki, Kanadanın 5 unviersiteti – Toronto Unversiteti, McGill Universiteti, British Columbia Universiteti, Montreal Universiteti və Alberta Universiteti dünyanın 100 ən yaxşı universiteti siyahısındadır. Habelə, 2017-ci ilin QS-in ƏnYaxşı Tələbə Şəhəri indexində 10luğun I və X şəhəri Kanada şəhərləridir, I yerdə Montreal, X yeri isə Vankuver tutmaqdadır.
Kanada da təhsil almağınızın 5 əsas səbəbi:
Kanadanın təqaüd imkanlarından istifadə edə bilərsiniz. Kanadada dövlət proqramı üzrə və eyni zamanda universitetlər hər il əcnəbi tələbələr üçün kifayət qədər təqaüd proqramları elan edir. Dünyanın ən yaxşı həyat səviyyəsi olan ölkələrdən olan bir ölkədə yaşam təcrübəsini əldə edəcəksiz. Hər il təxminən 200,000-dən çox əcnəbi tələbə və tədqiqatçılar Kanadada təhsil almağı seçir. Tələbə status almış hərbir əcnəbi həftədə 20 saat işləmək icazəsidə alırki, bu da müəyyən dərəcədə tələbənin öz xərclərini qarşılanmasına imkan yaradır.
Dünyanın hərbir yerində keçərli kvalivikasiyaya sahib olmaq. Kanadanın yüksək akademik və ciddi keyfiyyətə nəzarət standartları ilə yüksək keyfiyyətli təhsil alaraq, siz gələcəyinizə və kayeranıza qapı açacaqsız. Kanadanın diplom və sertifikatları qlobal ekvivalentliyə sahibdir.
Kanadada təhsilin və yaşam şərtlərinin keyfiyyəti dünyada ən yaxşılar arasındadır. Ancaq ABŞ və Birləşmiş Krallıqdan fərqli olaraq yaşam və təhsil haqları əcnəbi tələbələr üçün daha aşağıdır. Ümumiyyətlə Kanada kollec və universitetlərində oxumaq istəyən əcnəbi tələbələr üçün həmişə seçilən olub.
Kanadanın yüksək dinamik akademik mühitində siz yalnız bilir və bacarıq əldə etməyəcəksiz, eyni zamanda özünüzü ifadə etmək, kreativliyinizi nümayiş etdirmək və özgüvəninizi inkişaf etdirəcəksiniz. Müəllim və professorlar hər zaman sizə dərslərinidə və akademik səviyyənizin yüksəlməsində daim sizə dəstək olmağa can atacaqdır.
İnnovativ və zəngin tədqiqat imkanları. Kanadada dövlət və sənaye birlikdə tədqiqatlara böyük dəstək verir, xüsusəndə telekomunikasiya, tibb, kənd təsərrüfatı, computer texnologiyaları və ətraf mühit elmləri sahəsində.
Yüksək dil təhsili. Bilirdinizmiki, Kanada iki dilli ölkədir və dil tədrisində dünya lideridir? Fransız və ingilis dilləri ölkənin I və II dilləri olduqdan bəri kanadalıların yüksək dil tədrisi metodlarında istifadə etməkdədirlər. Siz burda təhsil müddəti ərzində hər iki dili səlis öyrənə bilərsiniz.
Multikultrual cəmiyyət. Kanadada demək olarki, dünyanın əksər etnik qrupları yaşamaqdadır və bu səbəbdən də müxtəlif etnik mətbəx və mədəniyyət fəaliyyətləri ilə qarşılaşmamaq imkansızdır. Eyni zamanda sizing beynəlxalq tələbə məsləhətçiniz size müxtəlif etnik klublarla əlaqədə olmağınıza da təmin edəcəkdir.
İmmiqrasiya imkanları. Bilirsinizmilki, Kanada tələbə vəsiqəsi olan əcnəbi tələbələr və Kanada iş təcrübəsi olanlar PR (müvəqqəti yaşama icazəsi) ala bilərlər? Dünyanın harasından olamğınızdan, hansı etnik kökənə aid olmağınızdan, irq və dini ideologiyanızdan asılı olmayaraq siz yeni bir ev tapacaqsınız. Bu səbəbdən Kanada düyanın ən multicultural ölkəsi elan edilmişdir.
Əcnəbi tələbələrin Kanadada təhsil almalarının dövlət strategiyası olaraq planlanması, dünyanın ən cəlbedici ölkəsində yaşamaq təcrübəsi, səhiyyə xidmətlərinin və ölkədə təhlükəsizlik mühitinin yüksəkliyi Kanadanı təhsil məkanı kimi seçmək üçün bir neçə səbəblərdəndir.
Bəs Kanadada təhsil haqları və yaşayış xərcləri nəqədərdir?
Təhsi lhaqları: Daha əvvəl də qeyd etdiyimiz kimi siz Kanadada dövlət və universitetlərin elan etdikləri müxtəlif təqaüd proqramlarına müraciət edə bilərsiniz. Ümumlikdə, Kanada vətəndaşları üçün təhsil haqqı aşağı olasada, ancaq əcnəbi tələbələr üçün təhsil haqqı ən aşağı 5,000 USD-dən başlamaqdadır. Universitetlərin reytinq və ixtisaslardan asılı olaraq təhsil haqları 35,000 USD-yə kimi yüksəlməkdədir.
Yaşayış xərcləri: Kanadada həyat səviyyəsinin yüksək olması heç şübhəsizki, yaşam xərclərinin də yüksək olmasına səbəb olur. Aylıq xərclər təxmin ən aşağıdakı kimi olmaqdadır:
Kirayə ev: 350-550 CAD
Yemək: 300 CAD
Yol və digər xərclər: 300 CAD
Ümumi olaraq aylıq xərclər 1100-1200 CAD ətrafında dəyişəcəkdir.