İngilis dili kurlarımız
The Princeton Review Azerbaijan-da ümumi ingilis dili dərsləri qrammatika (grammar), oxu-lüğət (reading-vocabulary), dinləmə-danışıq (listening-speaking) bacarıqlarının artırılması üzrə qurulmuşdur.
Dərslər həftədə 3 dəfə və hər dərs 1.5 saat olmaqla tədris olunmaqdadır. Tələbə dərsə başlamamışdan əvvəl diaqnostik test olunaraq dil biliyi səviyyəsi yoxlanılır, daha sonra isə mövcud səviyyəsinə uyğun qruplarada dərslərə başlaya bilər.
Həftədə 3 dəfə olan dərslərin ilk dərsi qrammatika ağırlıqlı, 2-ci dərs oxu-lüğət ağırlıqlı, 3-cü dərs isə dinləmə-danışıq ağırlıqlı olaraq tədris olunur və qeyd olunan istiqamətlər üzrə mövzulaşmış 3 fərqli kitabdan istifadı olunur. Kitablar kurs tərəfindən təmin edilir.
Kursların müddəti hər səviyyə üzrə 3 aydır. Hər ayın sonu diaqnostik test, hər səviyyənin sonunda isə səviyyə üzrə sertifikat imtahanı keçirilir. Səviyyə imtahanından keçən tələbələrə The Princeton Review Azerbaijan-nın dil sertifikatı təqdim olunur.