Amerikada Təhsil.
Amerika Birləşmiş Ştatları 1,000 000-dan çox olmaqla dünyanın müxtəlif ölkə və millətlərinin təhsillərini və həyat təcrübəsini genişləndirən ən çox əcnəbi tələbəyə evsahibliyi etməkdədir. Ölkədə ali təhsilə davam edən tələbələrin 5 %-ni əcnəbi tələbələr təşkil etməkdədir. Hazırda bu göstərici ildən-ilə artmaqda və əcnəbi tələbələr üçün dünyanın ən populyar ölkəsinə çevrilməkdədir. Bəs bu qədər əcnəbi tələbələr niyə ABŞ kollec və universitetlərini seçir? Bu suala qısa olaraq cavab verməyə çalışacağıq.
Akademik üstünlük. ABŞ bütün sahələrdə məşhur proqramlarına, dünya standartlarına uyğun və dünyanın ən yaxşı universitet sisteminə sahibdir.
Müxtəlif təhsil imkanları. ABŞ başq ölkələrdə mövcud olan kampuslardan on dəfə böyük kampuslara sahib kollec və universitetlərə malikdir. Bu kollec və unviersitetlər incəsənt, sosial və texniki kimi müxtəlif sahələrdə akademik, tədqiqat və professional bacarıqların inkişaf etdirən təhsil proqramlarına sahibdir.
Texnoloji sıcrayış. ABŞ universitetləri öndə gedəntexnologiya, tədqiqat və tələbələr üçün mükün olan avadanlıq resurslarının təmin edilməsi iləöyünürlər. Hətta sizin sahəniz birbaşa dəqiq və mühəndislik istiqamətində olmasa belə, sizin tədqiqat aparmaq üçün son texnologiya resurslarını öyrənmək və istifadə etmək imkanlarınız olacaqdır. Bundan başqa, öz sahənizdə dünyanın müxtəlif yerlərindən tədqiqatçı, müəllim və mütəxəssislərlə kontakt qura biləcəksiniz.
Tədqiqat, tədris və təlim imkanlarının genişliyi. Əgər siz magistr tələəsinizsə tədris və tədqiqat işləri ilə həm təhsilinizi maliyyələşdirə, həm də təcrübə qazana bilərsiniz. Bəzi proqramları bakalavrlar üçün tələbələrə tədris asistenti, magistrlər üçün isə öz sahənizə uyğun xüsusi layihələrdə tədqqiqat asistenti təklif edir. Təhsilinizin bu praktik komponeti sizin gələcək karyeranız üçün ciddi bir təcrebə və eyni zamanda öz sahənizdə tədris prosesində əldə edilə bilinməyən praktiki bacarıqlar verəcəkdir.
Qlobla təhsil və uzunmüddətli karyera prespektivləri. Beynəlxalq çərçivədə təcrübə əmək bazarının arzuolunan məhsuludur. Bir çox işəgötürənlər dərin bilik, adaptasiya oluna biləcək və təcrübəli işçi axtarır ki, ABŞ-da təhsil almış beynəlxalq tələbələr bu tələblərə uyğun olurlar.
Bütün bunlardan başqa, əcnəbi tələbələrə dəstəkverici xidmətlərin üstünlüyü, həyatınıza yeni boyut qatacaq kampus həyatındakı istər akademik, istər mədəniyyət çeşidliliyi, istərsədə müxtəlif idman fəaliyyətləri və s. ABŞ kollec və universitetlərini daha çox seçilən təhsil müəssisləri edir.
ABŞ-da təhsil haqları və yaşayış xərcləri haqqında aşağıda tanış ola bilərsiniz.
Təhsil haqları: Daha əvvəldə qeyd etdiyimiz kimi ABŞ-da öz xərcləriniz qarşılamaq istəsəz, qanuni olaraq sadəcə kampus daxilindəki işlərdə işləyə bilərsiniz. Təhsil haqlarına gəlincə isə, Amerika universitetlərində ödənişlər 5000 USD-dən başlamaqdadır. Daha reytinqli universitetlər isə təhsil haqları yüksəkdir.
Yaşayış xərcləri: Amerikada yaşayış xərcləri olduğunuz ştat və şəhərə görə dəyişməkdədir. Ümumi olaraq aylıq xərcləriniz, kirayə, qidalanma və yol xərcləri daxil 800-1100 USD ətrafında dəyişəcəkdir.