Doğru strategiya, yüksək nəticə! 

Polşada Təhsil.

Şimali Avropa ilə Şərqi və Qərbi Avropa arasında mədəni və coğrafi kəsişmə nöqtəsi rolunu oynayır. Min illik dövlət tarixinə sahib Polşa hazırda Şərqi Avropanın ən böyük və eyni zamanda ən çox əhalili Avropa Birliyi ölkəsidir.

Hər il keçdikcə daha çox əcnəbi tələbələr ölkə xaricində təhsil üçün Polşanı seçir. Bu tələbələrin təhsil məkanı olaraq Polşanı seçmə səbəbləri müxtəlifdir. Bu səbəblərə Jagiellonian və Varşava kimi dünya reytinqli univeristetlərdə təhsil almaq istəyi ilə bərabər, təhsil haqqı və yaşam xərclərinin aşağı olması da daxildir.

Polşa 650 illik ali təhsil ənənəsinə malikdir. 1364-cü ildə Mərkəzi Avropanın II unvieristeti Jagiellonian Universiteti məhz Polşada, Krakov şəhərində fəaliyyətə başlamışdır. Burda 400-dən çox polyak və ingilis dillərində proqramlar tədris olunmaqdadır. Jagiellonian Universiteti dünyanın reytinqli univeristetləri siyahısında yer almaqdadır. Polşanın diger reytinqli universiteti olan Varşava Universiteti dünya IT reytinqli universitetləri siyahısında Top Coder ünvanına sahibdir. Son 10 ildə Polşa ali təhsil müəssisələri 4 dəfə inkişaf edərək, çiçəklənən bu akademik mühit əcnəbi tələbələri özünə cəlb etməkdədir. Polşa universitetlərinin əksəriyyətində tibb, mühəndislik, humanitar və social elmlər sahəsində müxtəlif proqramlar üzrə ingilis dilində təhsil mümkündür. Bəzi özəl unviersitetlər əyani həftə sonu proqrmalar təşkil edir ki, bu zaman tələbə həftə içi işləyərək həftə sonları təhsil almaq imkanı əldə edir. Polşada ingilis dilində bakalavr və magistr pillələri üzrə tədris olunan ixtisasların əksəriyyətinin təhsil haqları 1200-3500 Avro arasında dəyişir. Tibb ixtisasının illik təhsil haqqı 10000 Avro təşkil etməkdədir.

Polşada təhsil haqlarının və yaşam xərclərinin Qərbi və Şimali Avropadan kəskin şəkildə fərqlənməsi, iş imkanlarının mövcudluğu, bu şengen ölkəsini əcnəbi tələbələr üçün ən yaxşı təhsil mərkəzlərindən biri halına çevirir.

Ölkə, təhsil alan xarici tələbələrə həftədə 20 saat rəsmi işləmək icazəsi verir. Məzun olduqda isə 1 il müddətində ölkədə qalıb iş tapmağa şərait yaradılır. Bir tələbənin aylıq xərci 350-400 avro edir ki, ona tanınan rəsmi iş icazəsi ilə işləyərək bu xərcləri qarşılaya bilər. Tətil aylarında isə tələbələr tam günü işləmək imkanı əldə edirlər.