Doğru strategiya, yüksək nəticə! 

Bilirk ki, SAT imtahan nəticəsi universitet qəbulları zamanı çox əhəmiyyətli rol oynayır. Topladığınız balın nəticəsi olaraq arzuladığınız top universitetlərə qəbul ola və ya təqaüd qazanmak imkanı əldə edə bilərsiniz. SAT balınızı necə hesablaya biləcəyinizi sizə izah etməyə çalışacağıq.

 

SAT balının hesablanması üçün aşağıdakı cədvəldən istifadə olunmaqdadır. İlk addım olaraq, imthandan əldə etdiyiniz riyaziyyat, verbal hissəsindən oxu (reading) və yazı (writing) bölmələrindəki düzgün cavab sayını cədvəldə Bal Sırasında tapırsız. Misal üçün, tələbə Reading-dən 33, Writing-dən isə 39 doğru cavab yazarsa, bölmələr üzrə bu  Reading-dən 29, Writing-dən isə 35 bal edəcəkdir. Sonra isə bu balları toplayıb 10-a vururuq.

 

( 29 + 35 ) x 10 = 64 x 10 = 640
 
İkinci addım olaraq, Math balını tapıb, Reading və Writing-dən aldığınız bal ilə toplayırsız. Misal üçün, əgər Math-dan 51 doğru sual yazmısızsa o zaman cədvəldə bu 710 bal edəcəkdir.
 
710 + 640 = 1350