Doğru strategiya, yüksək nəticə! 

Macarıstanda Təhsil


Avropanın tam mərkəzində yerləşən Macarıstanda ali təhsil almaq üçün məktəb məzunu və sonuncu sinif şagirdi olmağınız lazımdır. Avropanın seçilən universitetlərindən olan Macarıstan universitetləri iqtisadi baxımdan ailələrin büdcələrini sarsıtmadan övladlarına arzu etdikləri təhsili verməkdədir.

Macarıstanda universitetlərin təhsil haqqı

Macarıstan universitetlərində menecment, mühəndislik, sosial elmlər kimi ixtisasların təhsil haqqları illik 3000-7000 € aralığında, tibb, əczaçılıq və diş həkimliyi kimi ixtisasların təhsil haqqı isə 10000-15000  €  aralığında dəyişir. Macarıstan dövlət universitetləri bir çox tələbənin xəyalını qurduğu təhsil qurumlarındandır.

 

Macarıstanda qonaqlama ödənişləri.

Bəzi universitetlər tələbələri yurd qonaqlaması ilə təmin edirlər. Universitet yurdları ümumilikdə 3- 4 nəfərlik otaqlardan ibarət olub, standart aylıq ödənişləri 130- 400 € civarındadır. Köklü universitetlərin yurdları ümumilikdə köhnədir və çox da komfortlu deyil. Özəl universitetlərin yurdları isə anlaşmalı hostel, yurd kimi məkanlar olduğundan dövlət universitetlərinə nəzərən daha komfortlu və yüksək standartlardadır. Bu qonaqlama növünün ödənişi digər universitetlərə nəzərən daha bahadır. Bir çox tələbə qonaqlama üçün ev kirayələməyi üstün tutur və bir neçə nəfər birlikdə bir evi paylaşırlar. Evlərin ödənişləri şəhərə, bölgəyə və evin özəlliklərinə əsasən dəyişir. Əksər hallarda 2 nəfərin paylaşa biləcəyi standart bir evin ödənişi 350- 500 € arası dəyişir.

Macarıstanda bəzi hostellər tələbələrə yataqxana xidməti verir. Universitet yataqxanası və tələbə evində qonaqlamaq istəməyən tələbələr; keçici qonaqlamaq üçün və qalmağa yer tapana qədər özəl yataqxana və hostellərdə uzun və qısa müddətlərdə qala bilərlər.

 

Macarıstanda iş və yaşam imkanları

Macarıstanda Təhsil almağın üstünlükləri

Macarıstan universitetləri sizə xəyallarınızı gerçəkləşdirmək üçün şans yaradır.

·       Macarıstan dövlət universitetləri tərəfindən tanınan bütün universitetlər ölkəmizdə tanınır.

·       Təhsil dili İngilis dili olduğu üçün hansı ixtisası oxuyursunuzsa, oxuyun İngilis dilində təhsil alacaqsınız və dolayısı ilə xarici dilinizi inkişaf etdirmiş olacaqsınız.

·       Macarıstanda oxuduğunuz müddətdə Schengen vizası ilə digər Avropa ölkələrini görmə şansına sahib olacaqsınız.

·       Macarıstanda universitet təhsili alan xarici tələbələr məzun olduqdan sonra sadəcə Macarıstanda deyil, bütün Avropada və dünyada keçərli bir diploma sahib olacaqlar.

 

Macarıstanda prestijli universitetlər

Macarıstan universitetləri Avropanın ən güclü universitetləri arasındadır. Bu günə qədər 14 Macar elm adamı, ədəbiyyatçı və sənətçi Nobel mükafatı almağı bacarmışdır ki, sadəcə bu informasiya belə, Macarıstanda təhsil və universitet mədəniyyətinin nə qədər güclü olduğunun isbatıdır. Budapeşt, Pecs, Szeged və Debrecen Macarıstanda ən önəmli universitet və təhsil şəhərləridir ki, bu şəhərlərdə eyni adlı köklü universitetlər mövcuddur.

Debrecen Universiteti

Təxminən 450 illik keçmişə malik, Macarıstanın ən önəmli univeristetlərindən biri olan debrecen Universitetində 30.000 tələbə təhsil almaqdadır. Fərqli ölkələrdən keyfiyyətli və iqtisadi baxımdan daha uyğun təhsil almaq üçün tələblər buraya gəlir. Tələbələr ümumilikdə Avropa ölkələri ilə yanaşı Skandinaviya ölkələri, Çin və bəzi Afrika ölkələrindən gəlməkdədirlər. Debrecen universiteti mühəndislik, idarəetmə, incəsənət, Amerikan mədəniyyət və ədəbiyyatı kimi bir çox ixtisas üzrə ingilis dilində təhsil verir.

 

Pecs Universiteti

Ölkənin ən qədim universiteti olan Pecs Universiteti 1367-ci ildə qurulmuş, I Dünya Müharibəsindən sonra yenidən bərpa olunmuşdur. Macarıstanın ən qədim dövlət universitetidir. Pecs Universiteti geniş araşdırma və təhsil fəaliyyətləri ilə Macarıstanın ən dəyərli ali təhsil mərkəzlərindən biridir. Universitet 35.000 tələbəyə, 2000 təhsil işçisinə və 10 fakültəyə malikdir.

Xüsusilə, tibb fakültəsi xarici tələbələr üçün Avropadakı ən keyfiyyətli təhsil seçimlərindən biri olduğundan daha çox üstünlük verilir.

 

Szeged Universiteti

Dünyanın ən yaxşı 500 universiteti içində yer alan Szeged Universiteti ingilis və alman dilli təhsil verdiyindən, dünyanın bir çox ölkəsindən tələbələrə ev sahibliyi edir.

Szeged Universiteti Macarıstanın ən böyük kitabxanalarından birinə sahibdir və universitet kitabxanası dünyanın ən yaxşı 50 kitabxanası arasında yer alaraq, Avropa ölkələri arasında önəmli bir prestij qazanmışdır.

Szeged Universitetinin özəllikləri sırasında Macarıstandakı ən yaşıl universitet olması, dünyanın 62 ölkəsindən beynəlxalq tələbəyə sahib olması da vardır.

 

Macarıstanda ingilis dilində təhsil ala biləcəyiniz çox sayda universitet vardır ki, bunlar: IBS International Business School, Corvinus Universiteti, ELTE Universiteti, Budapest Metropolitan Universiteti kimi təhsil mərkəzləridir.