Ölkə xaricində təhsil sizin dünyaya baxışınızı dəyişəcəkdir.
Xaricdə təhsil proqramları sizə dünyanı tanıma və xarici təcrübə imkanları verəcəkdir. Bu imkanlar sizin kitablardan və internətdən aldığınız məlumat və bilgilərdən sadəcə nəzəriyyə olmaqdan çıxacaqdır. Praktiki olan bu təcrübələr fərqli təhsil sistemi, yenilikərin kəşfi, müxtəlif tarix və mədəniyyətlərlə əyani tanışlıq, fərqli dillərin və irsin öyrənilərək savad və dünya görüşünün artmasında naviqator rolunu oynayacaqdır. Sizə təklif edəcəyimiz Xaricdə Təhsil proqramları: Amerika, Kanada, Avropa ölkələri, Türkiyə, Rusiya və Çinin tanınmış universitetlərində bakalavr və magistratura pillələrinə qəbulların alınması;
-
- Təqaüdlə və öz hesabına təhsillə bağlı konsultasiya;
- Qeyd edilən ölkələrdə intensiv dil kursları və yay məktəblərinin təşkili;
- Ölkə xaricindəki universitetlərə qəbul üçün hazırlıq kurslarının təşkili.
Bəs xaricdə təhsilin nə kimi faydaları ola bilər?
Ölkə xaricində təhsil bir tələbə üçün daha çox faydalı təcrübədir. Müxtəlif mədəniyyətlərlə qarşılaşmaq, yeni bir dil öyrənmək, müxtəlif millətlərin insanları ilə dostluq etmək, karyera imkanlarını genişləndirmək, səyahətlər – sadalanlar tələbələrə təhsil aldıqları müddət ərzində həyatının növbəti mərhələsinə addımlamaqda və eyni zamanda professional iş mühitində ciddi təcrübə olacaqdır. Aşağıdakılar xaricdə təhsilin faydalarından sadəcə bir neçəsidir:
-
-
Dünyanı görmək və həyatınıza müxtəliflik qatmaq.
-
Xaricdə təhsil almaq üçün ən böyük səbəblərdən biri dünyanı görməkdir. Bu müddətdə siz yeni bir ölkənin möhtəşəm görünüşü, təbiəti, tarixi, mətbəxi, sosial mühitini və adət ənənələri ilə tanış olacaqsız. Bundan başqa, səyahət etmək istədiyiniz halda isə limitli olmayacaqsız, misal üçün, Fransada təhsil aldığınız müddətdə Avropanın digər ölkələrinə də səfər edə bilərsiz. Bununlada müxtəlif ölkələri və oranın təbiəti, tarixi və insanları ilə tanış olduqca həyatınıza müxtəliflik qatacaqsız.
-
-
Seçdiyin sahənin qlobal mərkəzində təhsil imkanı.
-
Xaricdə təhsil üçün nəzərə alınacaq ən vacib digər səbəblərdən biri də fərqli bir tədris sistemini praktiki olaraq görməkdir. Xaricdə təhsil almaqla siz öz ölkənizin tədris sistemində tətbiq edilməyən modern modellərlə tanış olacaqsız. Eyni zamanda əgər seçdiyiniz sahə üzrə tanınmış bir universitetdə təhsil alırsınızsa, bu zaman siz bu istiqamətdəki tanınmış mütəxəssis və qonaq spikerləri dinləmə imkanını əldə edəcəksiniz.
-
-
Dil biliklərini zənginləşdirilməsi.
-
Əgər xaricdə təhsili planlayırsınızsa sizing ən azı bir əcnəbi dili mükəmməl şəkildə öyrənmək imkanınız olacaqdır. Təhsil müddətində əldə edəcəyiniz dil bacarığının peşəkarlığı sizing daha sonrakı akademik və ya professional iş həyatında size önə çəkəcək peşəkar alətlərinizdən biri olacaqdır.
-
-
Şəxsi inkişaf və karyera imkanları.
-
Fərqli mədəniyyətlərə sahib bir ölkədə yaşamaq və ora uyğunlaşmaq, bu müddət ərzində zaman-zaman qarşılaşılan müxtəlif çətinliklər, sərbəst fəaliyyət sizə çətin şəraitə adaptasiya, problemlərin həlli daha sonar peşəkar iş həyatında problemlərin üstəsindən daha rahat gəlmək bacarıqlarını da inkişaf etdirir.
Təhsilinizi bitirib öz ölkənizə qayıtdıqda isə əcnəbi dil biliyi, fərqli təhsil və dünya görüşü sizing üçün yeni prespektivlərə qapı açacaqdır. Qeyd edilənlər işverənlər üçün çox cəlbedicidir. Tələbələrin əksəriyyəti bəzən oxuduqları ölkəni elə sevirlər ki, həmin ölkədə işaxtarmağa başlayırlar. Bu zaman həmin ölkədə əldə edilmiş diplom bunun üçün sizə işimkanları qapısını açır. Ümumiyyətlə işə müraciət zamanı xaricdə təhsil CVnizi daha cəlbedici edəcəkdir.
-
-
Yeni insanlarla tanışlıq və networkün genişləndirilməsi.
-
Xaricdə təhsil dünyanın müxtəlif yerlərindən fərqli düşüncəli və mədəniyyətə sahib tələbələrlə görüşmək, eyni zamanda yerli ailələrdə qalmaq, zaman-zaman unviersitetkənarında müxtəlif insanlarla da tanışlıq üçün böyük imkandır. Bu müddətdə qazanılan dost çevrəniz genişlənəcək və eyni zamanda bu insanlar gələcək professional iş həyatında da əhəmiyyətli kontaktlar ola bilərlər.