Doğru strategiya, yüksək nəticə! 

Türkiyədə təhsil.

 

Şərqin və Qərbin kəsişmə nöqtəsində yerləşən starteji mövqeyə sahib Türkiyə Asiya və Avropa arasında bir körpü rolu oynamaqdadır. Bundan başqa Qərbində Avropa, Şimalında Balkan və Qafqaz, Şərqində Yaxın Şərq və Cənubunda Afrika iqlimi Türkiyə  təbiətinini də müxtəlif və əsararəngiz etmişdir. Bu körpü və müxtəliflik eyni zamanda coğrafi və bu coğrafiyada yerləşən ölkələrin iqtisasdi və siyasi əlaqələr müstəvidən çıxaraq mədəni əlaqələrə də öz təsirini göstərmişdir. Bu səbəbdən siz Türkiyədə mozayka halına gəlmiş müxtəlif mədəniyyətlərlərin şahidi ola bilərsiniz. Heç şübhəsiz bu müxtəlifliyə Türkiyə torpaqlarının minilliklər boyu şahid olduğu mədəniyyətlər də öz töhvəsini vermişdir. Bu müxtəliflik və vəhdət özünü təhsil sahəsinə də əks etdirmişdir.

 
82 milyon əhaliyə sahib Türkiyədə 200-dən çox üniversitet mövcuddur. Tələbələrin sayı 8 milyona yaxındlr. Bu tələbə sayı ilə Türkiyə, Avropa ali təhsil sahəsində ən çox tələbəsi olan, birinci ölkədir. 200 üzərində olan üniversitetlərdə 58.000-dən çox fərqli proqramlar mövcuddur. Bu müxtəlif proqramlar içində tələbə özünə uyğun universitet və proqram mütləq tapacaqdır.
 
Türkiyə universitetlərinin hər biri modern və əlverişli kampusa sahibdir. Ölkənin həyat səviyyəsi və yaşam xərcləri müasir tələblərə sahib bir ölkə üçün çox əlverişlidir. Yaşam xərcləri şəhərlərə görə dəyişməkdədir, ancaq ümumiləşdirsək tələbənin oxuyacağı şəhərdən asılı olaraq 250$ – 500$ arasında dəyişməkdədir. 
 
Dövlət universitetlərinin təhsil haqları 200$ – 2000$ (tibb ixtisasları 700$ – 5000$) arasında dəyişməkdədir. Əksər dövlət universitetlərində isə təhsil haqları əsasın 200$ – 1000$ təşkil edir.
 
Dövlət universitetləri ilə bərabər Türkiyədə müasir və yeni texnologiyalara sahib dünya universitetləri sıralamasında 400-500-lükdə yer alan Koç və Sabancı kimi özəl universitetlər mövcuddur. Özəl universitetlərdə təhsil haqları bakalavr pilləsi üzrə 3000$ - 29000$ arası ixtisas və universitetlərər görə dəyişməkdədir.
 
Dövlət universitetlərinin bakalavr pilləsində təhsil almaq üçün əsasən SAT və YÖS imtahan nəticələri lazımdır. Əgər xarici tələbəblər Türk dilində magistratura və  ya doktorantura təhsili almaq istəsələr  TYS və ALES, bu dərəcələri İngilis dilində almaq istəsələr TOEFL və GRE imtahan nəticələrini əldə etmələri lazımdır.
 
Özəl universitetlərə gəlincə isə əksər özəl universitetlər xarici tələbələri attestatla qəbul edir. Amma Koç və Sabancı kimi top universitetlər SAT balı tələb etməkdədir, eyni zamanda Başkənt Universiteti kimi bir neçə universitet də özünün təşkil etdiyi YÖS və ya SAT balı ilə xarici tələbə qəbul edir. Yüksək SAT balı özəl universitetlərdən təqaüd və ya təhsil haqqından endirim alma şansınızı artıra bilər. 
 
Türkiyə dövlət universitetlərində təqaüdlə təhsil almaq istəsəz o zaman, Türkiyə Bursları proqramına müraciət etməyiniz lazımdır.   Türkiyənin öndə gedən dövlət və özəl universitetlərində təhsil almaq üçün SAT, YÖS və TOEFL kurslarının proqramları ilə aşağıdakı linklərə daxil olaraq ətraflı məlumat ala bilərsiniz.