"Begin Group"un təşkilatşılığı ilə "Hilton Baku" hoteldə təşkil olunmuş "Beynəlxalq Təhsil" sərgisində "The Princeton Review Azerbaijan" mərkəzi də öz stendi ilə iştirak etdi. Mərkəzimizin təcrübəli mütəxəssisləri stendimizə yaxınlaşan hər kəsin suallarını məmnuniyyətlə cavablandırdı və onları maraqlandıqları sahələr üzrə ixtisaslaşmış universitetlərə yönləndirdi.
Bütün sərgi iştirakçılarına, təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkürümüzü bildiririk.
"The Princeton Review Azerbaijan"nın kurs və xidmətləri ilə tanış olmaq üçün bizimlə əlaqə saxlaya bilırsiniz.























