Orta Doğu Texniki Universitesi Türkiyə və Yaxın Şərq ölkələrinin inkişafına töhfə vermək, xüsusilə təbiət və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək məqsədi ilə 15 noyabr 1956-cı ildə “Orta Doğu Texniki Enstitüsü” adı ilə təhsilə başlamışdır.
ODTÜ şəhərciyi Ankara-Eskişehir yolunun üzərində və Eymir gölü kampusun hüdudlarında yerləşir. İçel-Erdemlidəki Dəniz Elmləri İnstitutu və Şimali Kipr Kampusu istisna olmaqla, universitetin bütün fakültə və şöbələri eyni kampus ərazisindədir. ODTÜ-də memarlıq, mühəndislik, idarəetmə, incəsənət və elmlər fakültələri mövcuddur.
ODTÜ-də 3-ü beynəlxalq ortaq proqram olmaqla 41 bakalavr proqramı olan 5 fakültə, 105 magistratura və 70 doktorantura proqramı olan 5 institut və ingilis dili təhsili verən Xarici Dillər Məktəbi fəaliyyət göstərir. ODTÜ Şimali Kipr Kampusu nəzdində 15 bakalavr proqramı və 5 magistr proqramı həyata keçirilir.
ODTÜ-də tədris dili ingilis dilidir. Xarici Dillər Məktəbi tərəfindən hazırlıq sinif şagirdlərinə ingilis dili təhsili verilir. ODTÜ-də həmçinin semestr kursları ilə yay məktəbi və beynəlxalq tələbələrin maraqlarına cavab verəcək kurslarla Beynəlxalq Yay Məktəbi fəaliyyət göstərir.
ODTÜ-nün beynəlxalq perspektivinə uyğun olaraq, professor-müəllim heyətinin beş faizindən çoxu müxtəlif ölkələrdən gələn elm adamlarıdır. ODTÜ hazırda bir çox xarici universitetlərlə tələbə mübadilə proqramı fəaliyyətini davam etdirir.
ODTÜ dünya reytinq sıramalarında. 2022-ci ilin göstəricilərinə əsasən ODTÜ dünyaca mötəbər sayılan QS Ranking sıralamasında 551-560, Times Higher Education sıralamasında isə 601-800-də yer almaqdadır.
Universitetə qəbul aşağıdakı imtahan nəticələri ilə aparılmaqdadır:
-
- SAT: 1600 üzərindən 1200 bal (Riyaziyyat minimum 680)
- ACT imtahanında: 36 baldan minimum 27 bal.
- DİM: 700 üzərindən 650 bal.
- Beynəlxalq Bakalavr (İB) imtahanı: Bakalavr diplomundan ən az 33 bal.
- İngilis dili: IELTS: 6-6.5, TOEFL 75 (ingilis dili sertifikatı qəbul zamanı şərt deyil)
- Beynəlxalq fənn olimpiada nəticələri (keçərli olimpiadaların siyahısı aşağıda göstəilmişdir):
-
- (IOI) İnformatika üzrə Beynəlxalq Olimpiada
- (IBO) Beynəlxalq Biologiya Olimpiadası
- (IPhO) Beynəlxalq Fizika Olimpiadası
- (IChO) Beynəlxalq Kimya Olimpiadası
- (IMO) Beynəlxalq Riyaziyyat Olimpiadası
- (JBMO) Kiçiklər Balkan Riyaziyyat Olimpiadası
- (BMO) Balkan Riyaziyyat Olimpiadası
- (BOI) İnformatika üzrə Balkan Olimpiadası
Magistratura proqramlarına qəbul üçün namizədlərin aşağıdakı imtahan nəticələrindən birini təqdim etmələri tələb olunamaqdadır: ALES/GRE/GMAT, IELTS (6.5) və ya TOEFL (79) nəticələri, 2 tövsiyə və motivasiya məktubu.
ODTÜ-nün bakalavr pilləsində təhsil haqları ixtisasdan asılı olaraq 6,000-10,000 TL, magistratura pilləsində isə 5,000 TL-dir.
OTDÜ universitetində təhsil almağınız üçün Amerikanın The Princeton Review proqramları əsasında təşkil olunan SAT və TOEFL kurslarımıza qoşula bilərsiniz.