Doğru strategiya, yüksək nəticə! 
ODTÜ – Orta Doğu Teknik Üniversitesi haqqında qısa məlumat.

Orta Doğu Texniki Universitesi Türkiyə və Yaxın Şərq ölkələrinin inkişafına töhfə vermək, xüsusilə təbiət və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək məqsədi ilə 15 noyabr 1956-cı ildə “Orta Doğu Texniki Enstitüsü” adı ilə təhsilə başlamışdır.

ODTÜ şəhərciyi Ankara-Eskişehir yolunun üzərində və Eymir gölü kampusun hüdudlarında yerləşir. İçel-Erdemlidəki Dəniz Elmləri İnstitutu və Şimali Kipr Kampusu istisna olmaqla, universitetin bütün fakültə və şöbələri eyni kampus ərazisindədir. ODTÜ-də memarlıq, mühəndislik, idarəetmə, incəsənət və elmlər fakültələri mövcuddur.

ODTÜ-də 3-ü beynəlxalq ortaq proqram olmaqla 41 bakalavr proqramı olan 5 fakültə, 105 magistratura və 70 doktorantura proqramı olan 5 institut və ingilis dili təhsili verən Xarici Dillər Məktəbi fəaliyyət göstərir. ODTÜ Şimali Kipr Kampusu nəzdində 15 bakalavr proqramı və 5 magistr proqramı həyata keçirilir.

ODTÜ-də tədris dili ingilis dilidir. Xarici Dillər Məktəbi tərəfindən hazırlıq sinif şagirdlərinə ingilis dili təhsili verilir. ODTÜ-də həmçinin semestr kursları ilə yay məktəbi və beynəlxalq tələbələrin maraqlarına cavab verəcək kurslarla Beynəlxalq Yay Məktəbi fəaliyyət göstərir.

ODTÜ-nün beynəlxalq perspektivinə uyğun olaraq, professor-müəllim heyətinin beş faizindən çoxu müxtəlif ölkələrdən gələn elm adamlarıdır. ODTÜ hazırda bir çox xarici universitetlərlə tələbə mübadilə proqramı fəaliyyətini davam etdirir.

ODTÜ dünya reytinq sıramalarında. 2022-ci ilin göstəricilərinə əsasən ODTÜ dünyaca mötəbər sayılan QS Ranking sıralamasında 551-560, Times Higher Education sıralamasında isə 601-800-də yer almaqdadır.

Universitetə qəbul aşağıdakı imtahan nəticələri ilə aparılmaqdadır:

    1. SAT: 1600 üzərindən 1200 bal (Riyaziyyat minimum 680)
    2. ACT imtahanında: 36 baldan minimum 27 bal.
    3. DİM: 700 üzərindən 650 bal.
    4. Beynəlxalq Bakalavr (İB) imtahanı: Bakalavr diplomundan ən az 33 bal.
    5. İngilis dili: IELTS: 6-6.5, TOEFL 75 (ingilis dili sertifikatı qəbul zamanı şərt deyil)
    6. Beynəlxalq fənn olimpiada nəticələri (keçərli olimpiadaların siyahısı aşağıda göstəilmişdir):
    • (IOI) İnformatika üzrə Beynəlxalq Olimpiada
    • (IBO) Beynəlxalq Biologiya Olimpiadası
    • (IPhO) Beynəlxalq Fizika Olimpiadası
    • (IChO) Beynəlxalq Kimya Olimpiadası
    • (IMO) Beynəlxalq Riyaziyyat Olimpiadası
    • (JBMO) Kiçiklər Balkan Riyaziyyat Olimpiadası
    • (BMO) Balkan Riyaziyyat Olimpiadası
    • (BOI) İnformatika üzrə Balkan Olimpiadası
 

Magistratura proqramlarına qəbul üçün namizədlərin aşağıdakı imtahan nəticələrindən birini təqdim etmələri tələb olunamaqdadır: ALES/GRE/GMAT, IELTS (6.5) və ya TOEFL (79) nəticələri, 2 tövsiyə və motivasiya məktubu.

ODTÜ-nün bakalavr pilləsində təhsil haqları ixtisasdan asılı olaraq 6,000-10,000 TL, magistratura pilləsində isə 5,000 TL-dir.

 

OTDÜ universitetində təhsil almağınız üçün Amerikanın The Princeton Review proqramları əsasında təşkil olunan SATTOEFL kurslarımıza qoşula bilərsiniz.

Türkiyədə təhsil

İngilis dili kurslarımız

SAT kurslarımız

TOEFL kurslarımız

Leave a Reply

Your email address will not be published. Required fields are marked *