Doğru strategiya, yüksək nəticə! 
İTÜ – İstanbul Teknik Üniversitesi və qəbul şərtləri haqqında məlumat.

İstanbul Teknik Üniversitesi (İTÜ) 1773-cü ildə Mühəndisxana Bahri Hümayın adı ilə III Mustafanın zamanında yaranmış, hazırda dünyanın ən qədim texniki universitetlərindəndir. Türkiyənin ilk texniki universiteti olan İTÜ-nun adı mühəndisliyin və memarlığın öyrədilməsi ilə müəyyən olunmuşdur. Dünyanın mühəndis hazırlayan ilk universitetidir.

İstanbul Teknik Üniversitesi tədris binaları 5 kampusda yerləşir. Aydın, Elazığ, Kastamonu, Gümüşsuyu və Tuzla. Hazırda İstanbul Teknik Üniversitesində 13 fakültə, fakültələr daxilində 39 bölmə və 6 institutu fəaliyyət göstərir. Ali təhsil müəssisəsində inşaat, gəmi inşaatı və dənizçilik elmləri, memarlıq, texniki elmlər, maşınqayırma, elektrik və elektronika, mədən, dənizçilik, kimya-metallurgiya, kompüter elmləri, idarəetmə, aviasiya və kosmik elmlər, sənaye texnologiyaları və idarə edilməsi fakültələri, informasiya texnologiyaları, Avrasiya geologiyası elmləri, enerji, texniki elmlər, sosial elmlər, zəlzələ mühəndisliyi və fövqəladə halların idarə edilməsi üzrə institutlar mövcuddur.

Qeyd edək ki, ilk yerli vertolyot vasitəsi APIKOPTER, Türkiyənin ilk rabitə peyki Türksat 3USAT, ilk hidrogen ilə işləyən gəmi Martı, ilk insansız idarə olunan avtomobil Avto-Mobil, ilk elektrikli minibusu, ilk kub peyki olan İTUpSAT1 ali təhsil müəssisəsinin elmi-tədqiqat işləri sayəsində meydana gəlib. Bunlardan əlavə, Türkiyədə ilk televiziya yayımı 1952-ci ilin aprel ayında universitetin texniki bazası əsasında həyata keçirilib. 1953-cü ildə qurulan İTU TV ölkədə ilk televiziya stansiyasıdır.

İstanbul Tekniki Universitesi tələbə sayına düşən yerə görə Türkiyənin ən iri qapalı ərazisinə malik universitetidir. Hazırda ali təhsil ocağında 25000-dən çox tələbə təhsil alır.

 

İTÜ dünya reytinq sıramalarında. 2022-ci ilin göstəricilərinə əsasən İTÜ dünyaca mötəbər sayılan QS Ranking sıralamasında 651-700, Times Higher Education sıralamasında 601-800, Shanghai Ranking sıralamasında isə 901-1000-də yer almaqdadır.

Qəbul üçün tələblər:  SAT, ACT, IB

    • SAT: 1200 bal. Riyaziyyat bölməsindən minimum 650 bal.
    • ACT: 26 bal
    • IB: 30 bal
    • TOEFL IBT: 65 (müraciət zamanı şərt deyil)

Konservatoriya proqramları üçün tələblər: SAT – 1000 (riyaziyyat – 400), ACT – 16, IB – 20.

 

İTÜ-də təhsil haqları 5500-7000 TL arasında ixtisasdan asılı olaraq dəyişməkdə, Konservatoriya təhsili isə 15300 TL-dir.

İTÜ-də təhsil almağınız üçün Amerikanın The Princeton Review proqramları əsasında təşkil olunan SAT və TOEFL kurslarımıza qoşula bilərsiniz.

 

Türkiyədə təhsil

İngilis dili kurslarımız

SAT kurslarımız

TOEFL kurslarımız

Leave a Reply

Your email address will not be published. Required fields are marked *