Doğru strategiya, yüksək nəticə! 

SAT və TOEFL hazırlığı üçün bəzi kitablarımız:


TOEFL book

Princeton Review TOEFL IBT Prep 2022

The Princeton Review tərəfindən hazırlanıb  (ISBN: 978-0-525-57029-5 (0-525-57029-2).

 

Kitab haqqında:

The Princeton Review nəticələr qazandırır. Tam formatda TOEFL iBT simulyasiya testi, axın faylları kimi mövcud olan audio bölmələr, əsas mövzuların hərtərəfli nəzərdən keçirilməsi və çətin sualların həlli üçün sübut edilmiş strategiyalar vasitəsilə TOEFL-dan yüksək nəticə ilə keçmək üçün lazım olan bütün hazırlığı əldə edin.

   Əsəsan işə yarayan texnikalar.

• İmtahanın hər bölməsi üçün addım-addım strategiyalar;

• Mətn və ya mühazirənin əsas ideyalarını müəyyən etmək üçün dərslər;

• İdeyalarınızı necə effektiv şəkildə təşkil etmək barədə məsləhətlər.

 

  Yüksək nəticə göstərmək üçün bilməli olduğunuz hər şey.

• Təməl bilgiləri xatırlamaq üçün qrammatikaya nəzər salma;

• TOEFL iBT-nin əsas konsepsiyaları barədə ekspertdən mövzu üzrə rəylər;

• Yüksək bal vəd edən esse yazmaq üçün əhatəli təlimat.

 

              Mükəmməlliyə gedən yolda məşq edin.

• Onlayn axın faylları kimi mövcud olan audio bölmələrinin daxil olduğu 1 tam formatda TOEFL iBT simulyasiya testi;

• Danışma, Dinləmə, Oxuma və Yazma bölmələri üzrə praktika;

• Sınaq testi və yoxlamalar üçün ətraflı cavab izahatları.

SAT Test

10 Practice Test for the SAT, 2022

The Princeton Review tərəfindən hazırlanıb  (ISBN: 978-0-525-57043-1 (0-525-57043-8).

 

Kitab haqqında:

BU ƏN ÇOX SATILAN SAT SINAQ KİTABI ilə ƏN YAXŞISINA ÇALIŞIN! Bu kitabdakı 10 tam formatda sınaq imtahanı (1500+) bacarıqlarınızı inkişaf etdirməyə və SAT imtahan günündə uğur qazanmağınıza kömək edəcək. Praktika mükəmməlləşdirir. SAT imtahanı vermə bacarıqlarınızı praktika etməyin ən yaxşı yolu simulyasiya imtahanlardır. Princeton Review imtahanın daha ağır çətinlikli riyaziyyat sualları, oxuyub anlama mətnləri, yazı və dil bölmələrində yüksək nəticə göstərə bilmə bacarığınızı qiymətləndirmək üçün sizə on ədəd tam formatda sınaq imkanı təqdim edir. Real test sualları və ətraflı izahatlarımız sizə SAT-ın bütün aspektlərini mənimsəməyə kömək edəcək.

  

  Mükəmməlliyə gedən yolda məşq edin.

·  Ətraflı cavab izahatları ilə 10 tam formatda sınaq testi;

·  1500-dən çox sual və eksperimental bölmə ilə testi praktik olaraq işləmə;

·  Test performansınızı qiymətləndirmək üçün sizə yardım olacaq nəticə hesabatı.

 

  Çox deyil, keyfiyyətli çalışın.

·  Ətraflı cavab izahatları ilə analiz edərək səhvlərinizdən öyrənin;

·  The Princeton Review-in texnikalarına baxın və SAT biliklərinizi möhkəmləndirin;

·  Məzmunu anlamaqda peşəkarlaşmaq üçün fundamental yanaşmaları mənimsəyin.

SAT Book

SAT PREMIUM Prep, 2022

The Princeton Review tərəfindən hazırlanıb  (ISBN: 978-0-525-57084-4 (0-525-57084-5).

 

Real formada hazırlıq üçün 9 tam formatda sınaq testləri (bazarda olan ən ətraflı imtahan bələdçisi), bütün bölmələr üzrə məzmun rəyləri, uğurlu nəticə qazanmaq üçün texnikalar və premium versiyalı onlayn əlavələrə giriş daxil olmaqla - ƏN YÜKSƏK MÜMKÜN NƏTİCƏ ÜÇÜN HAMISI BİRİNDƏ HƏLL YOLU.

 

   Yüksək xal qazanmaq üçün bilməli olduqlarınız.

·  İmtahanın hər bölməsi üçün hərtərəfli mövzu icmalı;

·  Ağır çətinlikli oxuyub anlama mətnləri və  riyaziyyat problemləri ilə yaxından təcrübə;

· Çoxmərhələli problemlər, mətnə əsaslanan qrammatik suallar və s. daxil olmaqla, bütün sual növləri ilə praktiki təcrübə.

   Mükəmməlliyə aparan yolda məşq edin.

·  Ətraflı cavab izahatları ilə birgə 9 tam formatda sınaq testi (4-ü kitabda və 5-i onlayn olmaqla);

·  Hər bir test bölməsi üçün sınaqlar (Oxu, Yazı və Dil və Riyaziyyat);

·  Performansınızı təhlil etmək və inkişafınızı izləmək üçün bütün sınaq testləri üçün ətraflı onlayn nəticə hesabatları.

 

   Əsasən işə yarayan texnikalar.

·  Testdəki dolaşdırıcı məqamlardan qaçmağa və SAT-ı “məğlub etməyə” kömək edəcək güclü taktika;

·  Vaxtınızı maksimum dərəcədə artırmağınıza kömək edəcək sürətlə bağlı məsləhətlər;

·  Hər bir strategiyanı öz xeyrinizə istifadə etməyin yollarını göstərən ətraflı nümunələr.

 

   Premium versiyalı onlayn eksklüzivlərə giriş daxildir.

·  Sizə SAT imtahanı vermə strategiyalarını və tez-tez sınaqlara düşən mövzuları öyrədən videolar;

· Kollec və universitet reytinqlərinə, universitetə qəbul ilə bağlı məsləhətlərə və maliyyə yardımı ilə bağlı məsləhətlərə giriş;

·  Çox həftəlik tədris təlimatları;

· Universiteti seçmək və seçilən ərizə nümunələri yazmaq üçün faydalı məlumatlarla dolu xüsusi “SAT Insider” bölməsi.

SAT book

SAT Prep, 2022

The Princeton Review tərəfindən hazırlanıb (ISBN: 978-0-525-57085-1 (0-525-57085-3)).

 

Kitab haqqında:

PRINCETON REVIEW İLƏ SAT-DA UĞUR QAZAN! 6 tam formatda sınaq testi, bütün imtahan məzmunu ilə bağlı ətraflı təhlillər və müvəffəqiyyət qazanma strategiyalarının daxil olduğu SAT Prep 2022 kitabı bu çətin və vacib testin hər sahəsini əhatə edir.

 

  Əsasən işə yarayan texnikalar.

·  Testdəki dolaşdırıcı məqamalardan qaçmağa və SAT-ı “məğlub etməyə” kömək edəcək güclü taktika;

·  Vaxtınızı maksimum dərəcədə artırmağınıza kömək edəcək sürətlə bağlı məsləhətlər;

·  Hər bir strategiyanı öz xeyrinizə istifadə etməyin yollarını göstərən ətraflı nümunələr.

 

  Yüksək xal qazanmaq üçün bilməli olduğunuz hər şey.

·  İmtahanın hər bölməsi üçün hərtərəfli mövzu icmalı;

·  Ağır çətinlikli oxuyub anlama mətnləri və  riyaziyyat problemləri ilə yaxından təcrübə;

· Çoxmərhələli problemlər, mətnə əsaslanan qrammatik suallar və s. daxil olmaqla, bütün sual növləri ilə praktiki təcrübə.

 

   Mükəmməlliyə aparan yolda məşq edin.

·  Ətraflı cavab izahatları ilə birgə 6 tam formatda sınaq testi (4-ü kitabda və 2-i onlayn olmaqla)

·  Hər bir test bölməsi üçün sınaqlar (Oxu, Yazı və Dil və Riyaziyyat)

·  Performansınızı təhlil etmək və inkişafınızı izləmək üçün bütün sınaq testləri üçün ətraflı onlayn nəticə hesabatları

SAT Manula

SAT Manual, Version 6

The Princeton Review tərəfindən hazırlanıb.

 

Kitab haqqında:

SAT Manual, Version 6 tədris vəsaitində SAT imtahanının həm Verbal, həm də Math proqramları üzrə bütün mövzuları əhatən edən izahlar və hər mövzu üzrə nümunə test suallar mövcuddur. SAT Manual tədris vəsaiti satışda olmayan və  ancaq, The Princeton Review filiallarında yüksək SAT nəticəsi hədəfləmiş tələbələri üçün istifadə edilməkdədir. Bu dərsliklə siz, yalnız filiallarımızda tanış ola bilərsiniz.