The Princeton Review (TPR) 1981-ci ilin noyabr ayının 30-da, ABŞ-nin Nyu York şəhərində John Katzman tərəfindən qurulmuşdur. İlk günlərdə 43 şagirdlə SAT dərslərinə başlayan TPR, artıq 1985-ci ildə ABŞ-nin 10 şəhərində 5000 şagirdlə fəaliyyətini genişləndirmişdir. 1987-ci ild isə ölkənin 41 ştatındakı filialları ilə bərabər TPR artıq ölkə xaricində Misir, Honq Konq, Hindistan, Meksika, Qatar, Cənubi Koreya, İsveçrə və Türkiyə kimi ölkələrdə də filialları ilə fəaliyyət göstərirdi. 1988-ci ildə isə TPR ABŞ-nin ölkədə ən sürətli inkişaf edən 500 şirkət içində 106-cı yerdə idi. Hazırda TPR-nun Amerika və Kanada 4000 müəllim ilə, eyni zamanda 21 ölkədə filialları ilə fəaliyyətini davam etdirməkdədir. Hazırda isə TPR Amerika və Kanadadan başqa, Azərbaycanda TPR Azerbaijan olmaqla, Bəhreyn, Misir, Honq Konq, Hindistan, Indonesiya, İordaniya, Qazaxıstan, Küveyt, Liviya, Malaziya, Meksika, Oman, Filippin, Qatar, Səudiyə Ərəbistanı, Cənubi Koreya, isveçrə, Turkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Viyetnam kimi ölkələrdə də fəaliyyətini davam etirməkdədir.
TPR online və ofline olaraq SAT, PSAT, SHSAT, ACT, AP, TOEFL, GRE, GMAT, MCAT, LSAT, DAT, CFA, GED, ISEE, NCLEX-RN, OAT kimi proqramlarının tədrisi və nəşrləri ilə məşğuldur.
TPR Azərbaycan filialında isə siz, ingilis dili SAT, TOEFL, IELTS, YDS kurslarına qoşula bilər və ölkə xaricindəki universitetlərdə təhsil ilə bağlı konsultasiya edə bilərsiniz.